Dr.Səbuhi Dadaşov Venesiya şəhərində Avropa Venoz Forumunda iştirak edir
Mərkəzi Gömrük Hospitalının damar cərrahı Dr.Səbuhi Dadaşov 30 iyun-2 iyul 2022-ci il tarixlərində İtaliyanın Venesiya şəhərində 22-ci Avropa Venoz Forumunda iştirak edir.
Hazırda dünyada çox böyük reytinqi olan Avropa Venoz Forumu öz sıralarında nəinki Avropanın, həmçinin Azərbaycan, Amerika, Yaponiya, Avstraliyanın və digər ölkələrin damar cərrahlarını birləşdirib. Forumda flebologiyanın bütün sahələrində olan son yeniliklər, varikoz xəstəliyi, tromboz və tromboflebitlər, onların profilaktikası, müalicə üsulları, vaxtında diaqnostikası, müasir müalicə üsullarının müqayisəli analizi və hər bir metodun aspektləri müzakirə olunur.
Həmçinin, dünyanın məşhur aparıcı damar cərrahları tərəfindən damarların varikoz genişlənməsində, dərin venoz trombozda, Pulmonar tromboemboliyada , posttrombotik sindromda konservativ, cərrahi və endovenoz müalicə üsulları barədə təqdimatlar edilir. Forumun sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə