Meymunçiçəyinə görə tədbirlərin görülməsi nəzərdə tutulmur - Nazir
Heç bir sərhəd-keçid məntəqəsində meymunçiçəyi virusu ilə əlaqəli hər hansı spesifik tədbirlərin görülməsi nəzərdə tutulmur.
SİA-nın məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev “Tibb biznesində perspektiv imkanlar” mövzusunda keçirilən ictimai müzakirələrdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan daim Ümumdünya Səhiyyə Təşkilatının verdiyi qayda və tövsiyələrə əsasən ölkədə epidemioloji nəzarəti qurur. Ölkəmiz həmin qayda və tövsiyələrə tam riayət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB