Meymunçiçəyi Azərbaycanda yayıla bilər? - HƏKİM İZAH ETDİ

"Covid-19 pandemiyasından sonra dünyanın müxtəlif yerlərində narahatlığa səbəb olan virus xəstəliklərindən biri de meymunçiçəyidir. Əvvəllər daha çox Afrika qitəsində müşahidə olunan bu virus son vaxtlar daha fərqli şəkillərdə və fərqli insan populyasiyaları arasında yayılmağa başlamışdır". Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Leyla Əmrahova deyib.

Onun sözlərinə görə, gəmiricilərdə və vəhşi heyvanlarda olan meymunçiçəyi virusu həmin heyvanlardan insanlara yoluxaraq, onların arasında yayılır: "Ancaq son dövrlərdə virus Afrika qitəsi ilə bağlantısı olmayan insanlarda və 10-dan çox ölkədə ciddi əlamətlərlə özünü biruzə verdiyi üçün virusla əlaqədar araşdırmaların sayı artmışdır".

Həkim sözlərinə belə davam edib: "Xəstəliyin simptomları 5-21 günlük inkubasion dövrdən sonra meydana çıxır.

Əsas simptomlar aşağıdakılardır:

Yüksək temperatur

Baş, əzələ ağrıları

Limfa vəzilərinin böyüməsi

Yorğunluq

Üşütmə, titrətmə

Dəri və selikli qişalarda vizikulyoz səpgilər

Çox vaxt səpgi üzdən başlayır və sonra bədənin digər hissələrinə yayılır

Bəzi xəstələrdə gözdə, ağzın selikli qişalarında da səpgi müşahidə olunur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə