Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 2 483 nəfər vaksinasiya olunub. Bu barədə SİA-ya Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 221, ikinci doza vaksinlərin sayı 270 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 803-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 189 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 707 006, birinci doza peyvəndlərin ümumi sayı 5 345 824, ikinci doza vaksinlərin sayı 4 847 442 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 269 214, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 244 526 olub.

Bütün xəbərlər Facebook səhifəmizdə