MGH-nin həkimi Ümumdünya Səhiyyə Təşkilatının təlimçi sertifikatını qazanıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin həyata keçirdiyi Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində TƏBİB-in əməkdaşlığı ilə “Təlimçilər Təlimi” (Training of Trainers) adlı təlimlərə start verilib. Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayeva bu təlimlərdə fəal iştirak edib.

“Təlimçilər Təlimi” təlimlərinin məqsədi müəssisə səviyyəsində infeksiyanın qarşısının alınması və infeksiyaya nəzarət tədbirlərinin qiymətləndirilməsidir. Bunun üçün səhiyyə müəssisələrində bu işin qurulması, inkişaf və dəvam etdirilməsi üçün yerlı kadrların hazırlanmasına başlanmışdır.

Bu təlimlərin əsasını ÜST-ün İPC müəssisə proqramlarının icrası üçün tövsiyə etdiyi 5 addım təşkil edir. Bunlar fəaliyyətə hazırlıq; ilkin qiymətləndirmə, fəaliyyətin planının hazırlanması və yerinə yetirilməsi; təsirin qiymətləndirilməsi və proqramın uzunmüddətli perspektivdə dəstəklənməsidir.

“Təlimçilər Təlimi” təlimlərində daha təcrübəli mütəxəssislər öz bilik və bacarıqlarını nisbətən az təcrübəli təlimçilərlə bölüşürlər. Qeyd edək ki, təlimlər bir həftə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə