12 may 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, eləcə də Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Türkiyənin Florence Nightingale Xəstəxanalar qrupu və “Dayaq“ patronaj xidmətinin əməkdaşlığı ilə 12 may Beynəlxalq Tibb Bacısı Gününə həsr edilmiş Tibb Bacılarının I Respublika Forumu həyata keçiriləcək.
Hibrid formatda həyata keçiriləcək Forumda “Orta tibb işçisinin müasir hazırlıq hədəfləri”, “Tibb bacısının işində nəzəriyyənin təcrübəyə tətbiqi”, “Tibb bacılarının peşəkar fəaliyyət standartları” başlıqlı 3 sessiyada Azərbaycan, Türkiyə və ÜST-nin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən hazırlanmış ümumilikdə 14 məruzə dinləniləcək. Forum sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.
Forum proqrama uyğun olaraq tibb bacıları üçün nəzərdə tutulmuşdur.
Forum əyani olaraq Mərkəzi Gömrük Hospitalında, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək.
Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya sertifikat veriləcək.
Forumda iştirak ödənişsizdir.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
Distant iştirak üçün qeydiyyat linki: https://us06web.zoom.us/webinar/register/WN_ZpJFc7_hSg2JHDrx89EA3Q
Proqramla tanış olmaq üçün link: https://customshospital.az/12-may-beynelxalq-tibb-bacisi-gunune-hesr-edilmis-tibb-baclarinin-1-respublika-forumu/#gsc.tab=0
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB