Səhiyyə naziri və nazirliyin kollegiya üzvləri Ulu Öndərin xatirəsini ehtiramla anıblar - FOTO
Bu gün müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günüdür.
Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, bu münasibətlə səhiyyə naziri Teymur Musayev və nazirliyin kollegiya üzvləri Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan elminə və təhsilinə, bu sahənin işçilərinə, o cümlədən həkimlərə həmişə xüsusi diqqət və qayğı göstərirdi. Ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrlar hazırlanması məhz Ulu Öndərin adı ilə bağlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB