Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 928 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 283, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 380, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 962, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 303 nəfərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB