Xəsarət alanların əksəriyyəti müəsissənin işçiləri idi - HƏKİM AÇIQLADI

"Dünən axşam saatlarında "Azərsun" Sənaye Parkı kompleksində baş vermiş yanğın nəticəsində bizə 9 nəfər müraciət edib". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Baş həkiminin müvaini Mirnazir Muxtarov bildirib.

Onun sözlərinə görə, müraciət edən 9 nəfərdə yüngül tüstü zəhərlənməsi müşahidə olunub: "Onlara lazım olan bütün ilkin tibbi yardım göstərilib. 9 nəfərin hər biri evlərinə yola salınıb. Bütün xəstələrin vəziyyəti qənaət bəxşdir. Yalnız bir nəfərdə yüngül yanğın xəsarəti müşahidə olunub. Xəstəxanaya müraciət edənlərin əksəriyyəti müəsissənin işçiləri idi".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə