Azərbaycanda peyvənd olunanların SAYI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4 451 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 431, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 312, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 429, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 279 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 641 623, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 339 221, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 839 464, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 223 472, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 239 466 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə