Tibbi ictimaiyyətin nümayəndələri akademik Zərifə Əliyevanın xatirəsini yad ediblər - FOTO

Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi, Milli Elmlər Akademiyasının bu sahədə ilk akademiki, fədakar alim, qayğıkeş insan Zərifə xanım Əliyevanın anadan olmasından 99 il keçir.

Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, bu münasibətlə səhiyyə naziri Teymur Musayev başda olmaqla tibb ictimaiyyətinin nümayəndələri aprelin 28-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar.

Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub və tər çiçəklər düzülüb.

Görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə