Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4 811 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 477, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 267, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 779, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 288 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 619 356, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 336 706, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 837 999, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 206 660, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 237 991 nəfər təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB