Bakıda güclü külək səbəbindən iki nəfər xəsarət alıb

Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 2 nəfər (kişi) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə SİA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yaralananlar Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə