İşğaldan azad edilmiş ərazilərdə tapılan meyit qalıqları müayinə edilir - Nazir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aşkarlanan kütləvi məzarlıqdan gələn meyit qalıqları Səhiyyə Nazirliyinin məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyində müayinələrdən keçirilir.

SİA-nın məlumatına görə, bunu jurnalistlərə səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, bu prosesə tələb olunan bütün avadanlıqlar və təlimlərdən keçən mütəxəssislər cəlb olunub.

“Bu barədə daha ətraflı məlumat yəqin ki, proses yekunlaşdıqdan sonra məlumat veriləcək”, - deyə nazir bildirib.

Qeyd edək ki, kütləvi məzarlıqlar Xocalı rayonunun Fərrux kəndində, Kəlbəcərdə Başlıbeldə, Şuşa ətrafında, Xocavəndin Edilli kəndi yaxınlığında, Füzulidə tapılıb və onların sayının artması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə