Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

Türkiyədə yeni tip korona virusundan (Covid-19) aprelin 7-də 36 nəfər dünyasını dəyişib.

Bir gündə 215 min 229 test edilib. Gündəlik yoluxma sayı 9.354-dür.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 10.885-dir.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 147 milyon 171 min 659-a yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə