Fransada bir gündə 150 min insan COVID-ə yoluxub

Fransada koronavirusa yoluxanların sayı artır.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Respublika İctimai Səhiyyə Agentliyi məlumat yayıb.

Son gün ərzində 150 minə yaxın yeni yoluxma halı qeydə alınıb.

Bu rəqəmlər əvvəlki həftələrə nisbətən çoxdur. Martın 15-də Fransada gündə təxminən 116 min insan infeksiyaya yoluxurdu.

Ölkədə ümumilikdə 141 mindən çox ölüm baş verib. Həftə ərzində ölənlərin sayı 612 olub.

Fransa hökuməti fevral ayından bəri COVID-19-a qarşı məhdudiyyətləri tədricən yüngülləşdirib. Küçələrdə məcburi maska taxmaq ləğv edilib, daha sonra gecə klubları və barlar açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə