Braziliya koronavirusun “deltakron” ştamına ilk yoluxma

Braziliyada koronavirusun “deltakron” ştamına ilk yoluxma qeydə alınıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Marselo Keyroqa bildirib.

“Bu, “omikron” və “delta”nın birləşməsindən yaranan variantdır. Fransada və Avropanın başqa yerlərində daha çox yayılıb. Mütəxəssislərimiz artıq Braziliyada iki yoluxma halı aşkar ediblər, biri Amapa ştatında, digəri isə Para ştatındadır. Vəziyyət nəzarətdədir”, – Keyroqa deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə