Təcili Yardım şöbəsinin həkimi Leyla Fətullayevanı Sizə təqdim edirik
Mərkəzi Gömrük Hospitalının komandasına yeni qoşulmuş Təcili Yardım şöbəsinin təcili yardım həkimi Leyla Fətullayevanı Sizə təqdim edirik. Dr.Leyla Fətullayeva 2014-cü ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirmiş, 2014-2018-ci illərdə Azərbaycan Tibb Universitetinin II daxili xəstəliklər kafedrasının Kliniki bazasında olan Toksikologiya şöbəsində terapevt ixtisası üzrə rezidentura təhsili almışdır.
Dr.Leyla Fətullayeva müxtəlif illərdə Azərbaycanın beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyi bir çox mötəbər yarışlarda- Bakı-2015 Avropa Oyunları, 2019 və 2021-ci illərdə Formula-1 Qran Prisi yarışlarında, Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalında həkim və tibbi marşal kimi vəzifələrdə çalışıb. O, əmək fəaliyyətinə 2018-ci ildə dövlət tibb müəssisəsində həkim terapevt kimi başlayaraq 2022-ci ilin mart ayına qədər burada fəaliyyət göstərib.
Həmçinin, Dr.Leyla Fətullayeva 2020-ci ildə COVID-19 pandemiyası ilə mübarizəyə qoşularaq 17 saylı Birləşmiş Şəhər Xəstəxanasında COVİD-19 infeksiyalı xəstələrə tibbi xidmət göstərib. O, daim öz üzərində işləyir, tibbin son nailiyyətlərini öyrənir, ölkəmizdə və xarici ölkələrdə keçirilən müxtəlif konfranslarda, simpoziumlarda və təkmilləşdirmə kurslarında iştirak edib.
9 mart 2022-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında təcili yardım həkimi kimi fəaliyyətə başlamış Dr.Leyla Fətullayevanı bu münasibətlə təbrik edir və ona fəaliyyətində nailiyyətlər arzulayırıq!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB