Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

Gündəlik yoluxma sayı 102.060-dır (1 fevral 2022)

Türkiyədə yeni tip korona virusundan (Covid-19) fevralın 1-də 198 nəfər dünyasını dəyişib.

SİA xəbər verir ki, bir gündə 452 min 173 test edilib. Gündəlik yoluxma sayı 102.060-dır.

Son 24 saatda sağalanların sayı 87.562-dir.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 142 milyon 171 min 571-ə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə