Türkiyədə yeni tip korona virusundan (Covid-19) fevralın 1-də 198 nəfər dünyasını dəyişib.
SİA xəbər verir ki, bir gündə 452 min 173 test edilib. Gündəlik yoluxma sayı 102.060-dır.
Son 24 saatda sağalanların sayı 87.562-dir.
Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 142 milyon 171 min 571-ə yüksəlib.