Virusları necə ayırd etməliyik? - YENİ MƏQAMLAR - HƏKİM AÇIQLADI

“Ümumiyyətlə viruslar mutasiya yolu ilə daim dəyişirlər və bu həmişə gözlənilir. Koronavirus infeksiyası 2019-cu ilin 31 dekabrında Çinin Uhan vilayətində meydana çıxmış və sonradan bütün ölkələrə yayılaraq pandemiya şəklini almışdır”. Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Xatirə Əliyeva deyib.

Onun sözlərinə görə, biz koronavirusun bu illər ərzində bir neçə variantı ilə rastlaşdıq: “Buraya “Alfa”, “Betta”, “Qamma” və “Delta” variantları aiddir. 2021-ci ilin 23 noyabrında Afrikada daha kəskin yayıcılığı ilə diqqəti cəlb edən bir variant aşkar olundu. O varianta isə “omikron” adı verildi”.

Həkim sözlərinə belə davam edib: “Qeyd edim ki, Elmi Tədqiqat İnstitutları xəstəliyin ilk başladığı Çinin Vuan vilayətində 50 min xəstənin xəstəlik tarifində müşahidələr aparmış və orada xəstəliyin hansı kliniki simptomlarla başladığını bir-bir qeyd etmişlər. Belə ki, qripin başlanması daha kəskin olur və keçirmə müddəti 4 günə qədər olur. Koronavirusda isə xəstəlik asta-asta başlayır və yayımcılıq müddəti 2-14 günə qədər ola bilər. Qrip xəstəliyi öz kəskin gedişi ilə fərqlənir. Belə ki, ani olaraq xəstədə baş ağrısı, üşütmə, titrətmə, əzələlərdə ağrı, temperaturun yüksəlməsi müşahidə olunur. Xəstəliyin birinci, ikinci günündən etibarən öskürək də qoşulur”.

Bunu da qeyd etmək lazımdır ki, qrip əleyhinə vaksin olunmuş şəxslərdə qrip nisbətən yüngül gedişli olur. COVID-19 da isə yuxarıda qeyd etdiyim kimi xəstəlik nisbətən yüngül başlayır. Xəstədə quru öskürək, suffipril temperatur və sonralar isə nəfəs darlığı müşahidə olunur. Temperaturun yüksəlməsi öskürək bu xəstələrdə ön planda olur, qoxu və dadın itirilməsi, yəni ani itirilməsi müşahidə olunur. Koronaviruslu xəstələrdə əl barmaqlarında və gözdə qızartı müşahidə olunur. Bunlara “kovid barmaqlar” da deyilir.

Yenavirusların törətdiyi soyuqdəymələrdə isə klinika nisbətən fərqli olur. Belə ki, bu xəstələrdə xəstəlik boğazda quruluq ilə başlayır, burun tutulması, burundan çoxlu miqdarda mayenin axması, asqırma müşahidə olunur və ağırlaşma olmadıqda 10 gün içərisində sağalma müşahidə olunur.

Əgər yuxarıda sadalanan simptomlardan hər hansı birisi xəstə insanda müşahidə olunursa mütləq koronavirusa qarşı burun-boğaz yaxması verməli, özünü izolyasiya etməli, istifadə etdiyi əşyaları mütləq ayırmalı, maska geyinməli və lazım gələrsə mütləq həkimə müraciət etməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə