...Onilliklər boyu davam edən pasifizmdən sonra Almaniya sürətlə Avropanın hərbi supergücü roluna qayıdır. Kansler Fridrix Merzin rəhbərliyi altında ölkə qitənin ən güclü ordusunu yaratmağı hədəfləyən genişmiqyaslı yenidən silahlanma proqramına başlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Telegraph yazır.
Qeyd edək ki, 2024-cü ildə Almaniya müdafiəyə 50 milyard avrodan çox pul xərcləyib və yaxın illərdə daha 377 milyard avro investisiya etməyi planlaşdırır.
Bu vəsait Leopard 2 tankları, F-35 qırıcı təyyarələri, artilleriya, sualtı qayıqlar və hava hücumundan müdafiə sistemlərinin alınmasına sərf olunacaq.
Artıq 100-dən çox yeni tank, altı freqat və təxminən 1000 Patriot raketi sifariş edilib.
Merz Bundestaqda islahat apararaq hərbi xərclərə qoyulan "borc əyləcini" ləğv edib. Almaniya indi müdafiə üçün limitsiz miqdarda borc ala bilər, halbuki onun borcu Avropada ən aşağı borclardan biri olaraq qalır - ÜDM-in təxminən 62 faizi.
Berlin həmçinin hərbi mükəlləfiyyəti bərpa etməyi planlaşdırır: Bundesver öz qüvvələrini 185.000-dən 260.000-ə çatdırmağa hazırlaşır.
Ekspertlərin fikrincə, Almaniya NATO-nun şərq cinahının müdafiəsində və Rusiyanın təcavüzü halında Polşanı dəstəkləməkdə əsas rol oynamaq niyyətindədir.
Lakin analitiklər xəbərdarlıq edirlər ki, rekord xərclərə baxmayaraq, Almaniya ordusu hələ də Amerika texnologiyasına güvənir və müasir dron və raketlərin hazırlanmasında geridə qalır.
Bundan əlavə, sağçı NATO əleyhinə AfD partiyasının artan populyarlığı hərbi islahatları çətinləşdirə bilər.
Buna baxmayaraq, Berlin əmindir ki, əbədi sülh haqqında illüziyalar dövrü bitib.
Almaniya NATO-nun dayağı olmağa və Putinin ambisiyalarını cilovlamağa çalışaraq Avropanın aparıcı hərbi gücləri sırasına qayıdır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB