Nigeriyada Lassa qızdırması tüğyan edir

Nigeriyada Lassa qızdırması epidemiyası səbəbi ilə həyatını itirənlərin sayı sürətlə artır.
Nigeriyada Lassa qızdırması tüğyan edir

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Doktor İfedayo Adetifa epidemiya ilə əlaqəli açıqlama verib. Bildirib ki, Lassa qızdırması səbəbi ilə daha 14 nəfər həyatını itirib. Beləcə yanvarın 3-dən etibarən epidemiyadan ölənlərin sayı 26-ya çatıb. Adetifaının sözlərinə görə zikr edilən müddət ərzində paytaxt Abuca ilə yanaşı, 11 ştatda115 hadisə aşkar edilib.

Qeyd edək ki, hər il quraqlığın yaşandığı noyabr-may ayları arasında yayılmağa başlayan Lassa qızdırması epidemiyası keçən il də 102 nəfərin ölümünə səbəb oldu. Mali, Toqo, Qana, Liberiya, Sierra Leone kimi bir çox Afrika ölkəsində qeydə alınan Lassa qızdırması epidemiyasına ilk dəfə 1969-cu ildə Nigeriyanın Borno əyalətində rast gəlinib.

SİA-nın əlavəsi: Xatırladaq ki, bu xəstəliyə yoluxmanın ilk əlamətləri 1950-ci illərdən başlayır. Belə ki, xəstəliyin ilk virusu isə 1969-cu ildə Nigeriyanın Lassa qəsəbəsindəki xəstələrdən birində müşahidə edilib. Sonradan bu virusun əlamətləri qonşu Liberiya, Qvineya və Qanada da aşkar edilib.

Onu da qeyd edək ki, daha çox ünsiyyət yolu ilə yayımlanan bu virusun peyvəndi hələ ki, yoxdur. Buna görə də, hər il bu virusa yoluxan 3 yüz min xəstənin təxminən 5 mininin sonu ölümlə sonuclanır.

Beləliklə, bu virusa yoluxanların bir çoxunda simptomlar olmur. Xəstəliyin əlamətlərinə hərarət, zIflik, baş ağrısı, qusma, əzələ ağrıları və s. daxildir.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə