COVID-19-un ağır forması ilə qarşılaşma riski SİQARET ÇƏKƏNLƏRDƏ MÜƏYYƏN EDİLİB

Kifayət qədər uzun müddət siqaret çəkən insanlarda koronavirus infeksiyasının ağır gedişatına yoluxma riski iki dəfəyə qədərdir və qadınlarda isə bu ehtimal daha yüksəkdir. SİA xəbər verir ki, bu barədə Yaponiyanın Beynəlxalq Sağlamlıq üzrə Milli Araşdırma Mərkəzi bildirib.

Tədqiqat ötən ilin fevral ayına qədər 20 yaşdan 80 yaşa qədər xəstəxanaya yerləşdirilən 17,6 min nəfərin məlumatları əsasında aparılıb. Məlum olub ki, xəstəni süni nəfəs aparatına qoşmaq zərurəti də daxil olmaqla xəstəliyin ağır gedişatının riski siqaret çəkən kişilərdə 1,51 dəfə, qadınlarda isə 1,94 dəfə yüksək olub.

Mütəxəssislər bu nəticələri siqaret çəkənlərin daha çox xroniki xəstəliklərdən əziyyət çəkməsi, ağciyər və ürəyində problemlərin olması, onların virusa qarşı daha həssas olması ilə əlaqələndirirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə