Britaniyada gün ərzində yoluxanları sayı 80 mini ötüb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 81 713 yoluxma halı qeydə alınıb.

SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 15 147 120 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 287 nəfər, hazırkı dövrədək isə 151 899 nəfər vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə