Gürcüstanda "omikron" ştammına yoluxanların sayı artıb

Gürcüstanda koronavirusun "omikron" ştammına daha 89 yoluxma halı qeydə alınıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə üzrə Milli Mərkəzindən bildiriblər.

Məlumata əsasən, ölkədə "omikron" ştammına yoluxanların ümumi sayı 1 185 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda "omikron" ştammına ilk iki yoluxma halı dekabrın 20-də təsdiq edilib. Yoluxan şəxslərdən biri ABŞ-dan, digəri isə Dubaydan ölkəyə giriş edib. Daha sonra "omikron" ştammı həmin şəxslərin ünsiyyətdə olduğu digər insanlarda da qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə