Xərçəngə işarə edən ən ciddi əlamət

Xərçəngə işarə edən ən ciddi əlamət

Tanınmış rusiyalı onkoloq akademik Andrey Kaprin “İzvesiya” qəzetinə xərçəngə işarə edən ən ciddi simptomu açıqlayıb. SİA bu barədə rus mətbuatına istinad edir.

Akademikin sözlərinə görə, bu simptom qanlı ifrazatların əmələ gəlməsidir.

Sidik və nəcisdə qan izləri və həmçinin süd vəzillərindən qanın ifraz olunması çox təhlükəli simptomdur və böyük ehtimalla xərçəngin inkişafına işarə edir.

“Sizdə bu kimi əlamətlər varsa, vaxt itirmədən onkoloqa müraciət edin. Bu norma deyil. Bu xərçəbgin ən xarakterik simptomudur”, - Kaprin bildirib.

Həmçinin həkim qeyd edib ki, iştahanın və çəkinin səbəbsiz olaraq azalması da xərçəngin inkişafına işarə edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə