Britaniyada koronavirusa yoluxma sayı azalıb

Britaniyada koronavirusa yoluxma sayı azalıb

Böyük Britaniyada son sutkada koronavirusa 109 mindən çox yoluxma qeydə alınıb ki, bu da bir gün əvvəlki ilə müqayisədə 24% azdır.

SİA əldə etdiyi məlumata görə xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Ötən gün yoluxma 129,5 min nəfər təşkil edib.

Sutka ərzində koronavirusdan 335 nəfər ölüb.

Böyük Britaniyada, Avropanın bir çox başqa ölkələri kimi son həftələrdə koronavirusun “omikron” ştamı sürətlə yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə