Danimarkada “omikron” ştamından 18 nəfər ölüb

Danimarkada “omikron” ştamından 18 nəfər ölüb

Danimarkada koronavirusun “omikron” ştamına yoluxan 18 nəfər dünyasını dəyişib.

SİA xəbər verir ki, 30 gün ərzində “omikron” ştamı ilə 56 min yoluxma arasında 18 ölüm qeydə alınıb.

“Omikron” ölkədə noyabrın sonunda aşkar edilib və hazırda bütün müsbət testlərin 90%-ə qədəri ilə ölkədə dominant koronavirus ştamıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə