Fransada gündəlik yoluxmada növbəti antirekord qeydə alınıb

Fransada gündəlik yoluxmada növbəti antirekord qeydə alınıb

Fransada ötən sutka ərzində koronavirusa 232 200 yoluxma halı qeydə alınıb.

SİA-nın məlumatına görə, bu barədə ölkənin İctimai Səhiyyə üzrə Milli Agentliyindən bildiriblər.

Məlumata əsasən, bu, pandemiya dövründə qeydə alınan gündəlik ən böyük göstəricidir.

Bildirilir ki, koronavirusa yoluxanların ümumi sayı 9 972 800 nəfər çatıb.

Son sutka koronavirusdan 189, hazırkı dövrədək isə 123 741 nəfər ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə