Bu ölkədə 800 nəfərdə "omikron" aşkarlandı

Bu ölkədə 800 nəfərdə "omikron" aşkarlandı

Hindistanda 800-ə yaxın şəxsin “Omikron” ştamına yoluxma halı müəyyən edilib.

SİA xəbər verir ki, yoluxanların demək olar ki, üçdə biri paytaxt Dehli sakinləridir.

Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, bu günə qədər 241 “Omikron” xəstəsi müalicə edilərək sağlamlığına qovuşub.

Bu günə qədər Hindistanın 21 ştatında “Omikron”a yoluxma qeydə alınıb.

Hindistanda “Omikron”a ilk yoluxma halı dekabrın ikisində müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə