Çərşənbə günü Fransada 200 mindən çox yeni COVID-19 hadisəsi aşkarlanıb, bu, epidemiya başlayandan bəri yeni rekorddur. SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Olivye Veran Qanunvericilik Komissiyasının iclasında deyib.
"Ölkənin sanitar qurumu tərəfindən bu gün açıqlanacaq rəqəmlər göstərir ki, yoluxmuş insanların sayı artmaqda davam edir... Son 24 saat ərzində 208 min fransız COVID-19-a yoluxub", deyə Veran bildirib.
"Bu o deməkdir ki, hər iki fransızdan biri koronavirusa yoluxur. Biz heç vaxt belə halla rastlaşmamışıq", deyə nazir əlavə edib.
Onun sözlərinə görə, hazırda Fransada 1 milyona yaxın COVID-19 xəstəsi var.
Qeyd olunur ki, çərşənbə axşamı Fransada təxminən 180,000 yeni hadisə müəyyən edilib.
Xatırladaq ki, federal hakimiyyət hələ də bayramlara ciddi məhdudiyyətlər qoymayıb. Fransa hökumətinin elan etdiyi tədbirlər arasında, gecə klublarının bağlanması, iki mindən çox insanın binalarda və beş mindən çox insanın küçədə toplaşmasına qadağa, həftədə 3-4 gün məsafədən işə keçid mövcuddur. Kafe, bar və restoranlar, mədəniyyət müəssisələri işlərini davam etdirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB