“Ümumiyyətlə qeyd etmək istərdim ki, əsrlər boyu virusların, infeksiyaların yayılma hadisələri baş verib və bu proses hər zaman davam edəcək”. Bu sözləri SİA-ya açıqlamasında pediatr Amalya Muradova bildirib.
Onun sözlərinə görə, adətən payız-qış aylarında bu hallara tez-tez rast gəlinir: “Həmişə viruslar, infeksiyalar soyuq havalarda daha çox artır və uşaqlarda da bu hallarla tez-tez qarşılaşırıq. Hava, damcı vasitələri ilə uşaqlara yoluxurlar. Bəs bunların qarşısını necə almaq lazımdır? Qeyd etmək istərdim ki, uşaqları viruslardan, infeksiyalardan qorumaq üçün immumteti artırmaq lazımdır. Uşaqların yuxu rejmini, qidalanma rejmini düzgün təşkil etmək daha məqsədəuyğun olardı. Mövsümə uyğun təzə meyvələrdən, tərəvəzlərdən istifadə etmək məsləhətlidir. Bol vitaminli ərzaqlardan mövsümündə istifadə etmək lazımdır. Uşaqları konservləşdirilmiş məhsullardan, ziyanlı çərəzlərdən uzaq tutmaq lazımdır. Həmçinin qeyd edim ki, uşaqların doğulandan müəyyən bir vaxta qədər peyvənd edilməsi zəruridir. Öskürək, qızılca, difteriya, polimet kimi xəstəliklərdən qorunmaq üçün peyvənd olunmaq vacibdir.
Ölkəmizdə davam edən koronavirus epidemiyası da bir çox xəstəliyin artmasına səbəb olur. Düşünürəm ki, Covid-19-a qarşı müəyyən yaş üstü uşaqların da peyvənd olunması gözləniləndir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB