İngiltərədən Almaniyaya gələnlər 14 günlük karantinə alınacaq.

Almaniya İngiltərəni koronavirus mutasiyaların yayılma zonası elan etdi
İngiltərədən Almaniyaya gələnlər 14 günlük karantinə alınacaq.

Almaniya hökuməti, omikron ştammına görə, Böyük Britaniyanı dekabrın 20-dən koronavirus mutasiyalarının geniş yayıldığı ölkələr və bölgələr siyahısına əlavə edir.

SİA xəbər verir ki, bu barədə Almaniya Səhiyyə Nazirliyi yanında virusologiya üzrə ixtisaslaşmış Robert Kox İnstitutu bildirib.

Belə ki, mutasiyaların yayılma zonaları siyahısına daxil edilmə əhəmiyyətli səyahət məhdudiyyətlərinə səbəb olur. Böyük Britaniyadan Almaniyaya gələn hər kəs peyvənd olmağından və ya xəstələnib sağalmağından asılı olmayaraq 14 günlük karantinə alınacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə