Koronavirusun Omikron ştammı müəyyən edilib 89 ÖLKƏDƏ

Koronavirusun Omikron ştammı müəyyən edilib 89 ÖLKƏDƏ

Omicron COVID ştammı artıq dünyanın 89 ölkəsində aşkar edilib. SİA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında belə deyilir.

“16 dekabr 2021-ci il tarixinə ÜST-nin bütün altı regionu üzrə 89 ölkədə omikron variantı aşkar edilib”, deyə bildirilir.

Təşkilatın məlumatına görə, omicron delta ştammından daha sürətli yayılır. Məlumata əsasən, yoluxmaların sayı bir yarım-üç gün ərzində iki dəfə artıb.

Qeyd olunur ki, yeni ştam əhalinin immuniteti yüksək olan ölkələrdə sürətlə yayılır və bunun dəqiq səbəbləri hələ də məlum deyil.

Xatırladaq ki, bir qədər əvvəl Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə iclasdan sonra Cənubi Afrikada aşkar edilmiş koronavirusun yeni variantını narahatlıq doğuran kimi təsnif etmək qərarına gəlib. Yeni ştam - B.1.1.529 - ÜST tərəfindən yunan hərfi omikron ilə adlandırılıbdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə