İsraildə daha 22 nəfər "omikron" ştammına yoluxub

İsraildə daha 22 nəfər "omikron" ştammına yoluxub

İsraildə son sutka ərzində koronavirusun yeni "omikron" ştammına 22 yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusun sözügedən ştammına yoluxma hallarının sayı 89-a çatıb.

Bildirilir ki, yoluxma qeydə alınan 89 nəfərdən 57-si Cənubi Afrika, Böyük Britaniya, Fransa, ABŞ, BƏƏ, Macarıstan, İtaliya, Namibiya, Tanzaniya, Almaniya və Türkiyədən qayıdan vətəndaşlardır.

Bütün xəbərlər Facebook səhifəmizdə