İnfarktdan bir saat əvvəl yaranan əlamətlər barədə HƏKİM MƏLUMAT VERİB

İnfarktdan bir saat əvvəl yaranan əlamətlər barədə HƏKİM MƏLUMAT VERİB

Serebral infarktdan əvvəl baş verə bilən və tez reaksiya tələb edən bir sıra simptomlar var. SİA xəbər verir ki, bu simptomlar barədə AiF-ə müsahibəsində terapevt, kardioloq Əzizxon Əsgərov məlumat verib.

O, şiddətli baş ağrısı, ürəkbulanma, zəif koordinasiya, görmənin azalması və əllərdə uyuşma kimi əlamətlərə diqqət yetirməyin vacibliyini qeyd edib.

"Bu, sözün əsl mənasında, yarım saat və ya bir saat ərzində, arteriya bağlandıqda və beyin infarktı başlayanda baş verir", deyə həkim Əsgərov bildirib.

“İnsan şüurunu pozmala, onu sıxışdırmala başlayır.İkincisi, nitq dəyişir, pozulur, qeyri-adekvat, bulanıq və ya yavaş olur, hətta insan heç nə deyə bilmir. Bu, ağır hallarda olur. Üçüncüsü, koordinasiya ilə bağlı problemlər yaranır, insan yeriyə bilmir və yıxılır, qollarında, ayaqlarında əzələ tonusu azalır", deyə həkim izah edib.

O, qeyd edib ki, belə hallarda bir insanın təcili tibbi yardıma ehtiyacı olur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə