“Omikron” ştamının qarşısını necə almaq olar? - HƏKİM-İNFEKSİONİST DANIŞDI
“Azərbaycanda koronavirusla mübarizədə görülən işlər müəyyən zaman içərisində özünün əhəmiyyətini göstərib”. Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev bildirib.

Onun sözlərinə görə, son iki ildə aparılmış müayinə və müalicələrin nəticəsi onu göstərir ki, artıq altı yüz minə qədər insanda bu xəstəlik aşkarlanıb: “Lakin buna baxmayaraq, ölüm faizi 1-1,2 arasındadır. Digər ölkələrlə müqayisədə bu çox yaxşı göstəricidir. Bildiyimiz kimi, yeni “Omikron” ştammı isə Azərbaycanda heç kimdə aşkarlanmayıb. Hazırda ölkə əhalisi koronavirusla mübarizədə peyvəndlərin vurulmasında iştirak edirlər. Bu da öz növbəsində hansı vaksin olmasından asılı olmayaraq, öz müsbət təsirlərini göstərir. Eyni zamanda “Omikron” ştammından da qoruyur. Buna görə də narahatçılığa əsas yoxdur. Sadəcə zamanında vaksin olunmaq lazımdır. Çünki bu, yoluxmanın qarşısının alınmasında böyük rol oynayır”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB