Bütün vaksinlər “Omikron” ştammına qarşı effektivdir - Hande Harmancı
Hazırda mövcud olan bütün vaksinlər “Omikron” ştammına qarşı işə yarayır.
SİA-nın məlumatına görə,bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı deyib.
O qeyd edib ki Azərbaycanda hələlik “Omikron” ştammına rast gəlinməyib.
“Amma bu sözügedən ştammın Azərbayanda aşkarlanmayacağı mənasına da gəlmir. Koronavirusun mutasiyalar dünyada yayılır və virusun olduğu hər yerdə ştammlara rast gələcəyik. Lakin narahat olmağa gərək yoxdur. Hazırda mövcud olan bütün vaksinlər “Omikron” ştammına qarşı işə yarayır”, -deyə o vurğulayıb
Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni "omikron" ştamının dünyanın 57 ölkəsində aşkar edildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB