“Omikron”un ilk görüntüsü dərc olunub

Koronavirusun “Omikron” variantının elektron mikroskopdan istifadə etməklə əldə edilən şəkli yayımlanıb. SİA bu barədə rus mətbuatına istinad edir.

Görüntüləri Honkonq Universitetinin patoloqları və virusoloqları SARS-CoV-2-nin “Omikron” variantına yoluxdurulmuş meymun böyrək hüceyrəsindən (Vero E6) əldə edib.

Bundan əvvəl məlum olmuşdu ki, Honkonq Universitetinin Mikrobiologiya departamentinin tədqiqatçıları klinik nümunələrdən “omikronu” təcrid etməyə nail olublar. Bu isə yeni ştama qarşı vaksinlərin işlənib hazırlanmasına və istehsalına imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə