Peyvənd olunanların sayı AÇIQLANIB

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 832 vaksin vurulub.

SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 889, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 346 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 26 597 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 675 649, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 095 524, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 588 915 nəfər təşkil edir.

Ümumilikdə isə 991 210 buster doza vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə