Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 573 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 386, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 902, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 21 285 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 234 106, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 042 611, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 512 674, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 678 821 təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə