Qubada dezinfeksiya işlərinə başlanılıb

Qubada dezinfeksiya işlərinə başlanılıb

Şəhər ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti tibbi-profilaktiki və dezinfeksiya tədbirləri aparılıb. SİA xəbər verir ki, tədbirlər əsasən şəhərin küçələrini, çoxmənzilli binaların giriş bloklarını, bazar ərazisini, parkları və digər əraziləri əhatə edib.

Qeyd edək ki, insanların sağlamlığının qorunmasının təmin edilməsi məqsədilə dezinfeksiya işləri mütəmadi olaraq davam etdiriləcək.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə