Ürək spazmı infarkt əlaməti ola bilər? - İLKİN ƏLAMƏTLƏR

Ürək spazmı infarkt əlaməti ola bilər? - İLKİN ƏLAMƏTLƏR

Ürək spazmı, ürəyin kifayət qədər qanla təmin edilə bilmədiyi zaman meydana gələn sağlamlıq problemidir. SİA xarici mətbuata istinadən xəbər verir ki, ürək spazmının simptomlarına təzyiq və yanma daxildir. Bəs ürək spazmının əlamətləri hansılardır? Ürək spazmı üçün ilk müdaxilə necə olmalıdır?

Ürək spazmı stress və fiziki fəaliyyət nəticəsində baş verə bilər. Bu spazm ürək xəstəliyindən əziyyət çəkən insan üçün xəbərdarlıqdır.

Ürək spazmı nədir? Niyə baş verir?

Ürək spazmı ümumiyyətlə fiziki fəaliyyət və ya stress nəticəsində baş verərək, orta hesabla 5-10 dəqiqə davam edir. Bu vaxt müddətində infarkt əlaməti ola bilər. Ona görə də ciddi qəbul edilməlidir. Ürək toxumasını bəsləyən arteriyanın büzülməsi səbəbindən ürəyə kifayət qədər qan tədarükünün olmaması spazma səbəb olur.

Əlamətləri nələrdir?

Spazm ümumiyyətlə sinədə təzyiq və yanma hissi ilə meydana gəlir. Ürəyin yerləşdiyi bölgədəki ağrı da sürətli və ya yavaş döyülmədən başlaya bilər. Ürəyin gündəlik fəaliyyətini pozduğu üçün ciddi qəbul edilməli şərtdir.

Müalicəsi

Əvvəlcə spazmın səbəbləri müəyyən edildikdən sonra anqioqram, anqilaps və ya əməliyyatla müalicə edilə bilər. Bu müddətdə və sonrasında ürəyi məcbur edən fiziki fəaliyyətlərdən qaçmaq, siqaret və alkoqol istifadəsini dayandırmaq və ya minimuma endirmək, həyat keyfiyyətini artırmaq üçün nizamlı və balanslı pəhriz olması lazımdır. Bunun xaricində kardioloqları müəyyən fasilələrlə müayinə edərək prosesi izləmək lazım ola bilər. Bundan əlavə, yağlı və duzlu qidalardan çəkinmək lazımdır. Yağ damarları bağlayarkən, duz qan təzyiqini və ürək dərəcəsini artırır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə