Bakı Baş Səhiyyə İdarəsi ləğv edildi, yeni qurum yaradılır

Bakı Baş Səhiyyə İdarəsi ləğv edildi, yeni qurum yaradılır

Bakı Baş Səhiyyə İdarəsinin bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzi yaradılır. SİA-nınn məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.

Onun sözlərinə görə, proses yaxın zamanda yekunlaşacaq.

"İlkin səhiyyə xidmətinə aid olan bütün strukturlar həmin tibb mərkəzində birləşəcəklər. O cümlədən, 5 saylı Doğum evinin qadın məsləhətxanası da İlkin Səhiyyə Xidməti Tibb Mərkəzinin tərkibinə keçəcək. Nəticə etibarilə də ilkin səhiyyə xidməti tibbi xidmətdən ayrılacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə