Koronavirus bu xəstəliyə səbəb olur HƏKİMDƏN AÇIQLAMA

Türk kardiologiya mütəxəssisi həkim Sinem Çakal vətəndaşların Covid-19 səbəbiylə xəstəxanaya gəlməyə üstünlük vermədiklərini deyib. Koronavirus səbəbi ilə insanlarda ürək ağrısı olsa da xəstəxanaya gəlmək istəmirlər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nəticədə evdə infarkt riski artır.

Bütün dünyaya təsir edən Covid-19 ilə mübarizə və peyvənd işləri ilə davam edir. Mütəxəssislər maskalar, məsafə və gigiyena barədə xəbərdarlıq edərkən, korona virusun bədənə təsiri ilə bağlı araşdırmalar davam edir.

Ürək sağlamlığını qorumaq üçün nələr edilməsi lazım olduğuna dair məlumat verən həkim həm Türkiyədə, həm də dünyada ən çox görülən ölüm səbəbinin ürək olduğunu deyir: “Covid səbəbiylə insanlar xəstəxanaya gəlmək istəmirlər, evlərində infarkt keçirirlər. Covid-in özü infarktın səbəbini artırır. Ürəyi qorumaq üçün şəkər, təzyiqə nəzarət, xolesterolun azaldılması, siqareti buraxma və alkoqol kimi amillərə diqqət edilməlidir. Bu adamların xəstəxanaya gəldikdə ürəkləri dayanır. Qabaqcıl ürək çatışmazlığı inkişaf edir. Həqiqətən də olduqca problemli vəziyyətlər görürük”.

"Ürək ağrısı çox aydın bir ağrı növüdür"

Vətəndaşların infarktla gələn ağrıları necə ayırd edə biləcəyi barədə məlumat verən həkim ürək ağrısının çox açıq bir ağrı növü olduğunu deyib: “Covid infeksiyasında, ağciyərdə maye yığıldıqda, xəstə nəfəs alarkən sancı ola bilər. Qan təzyiqi, şəkər, xolesterol kimi risk faktoru varsa, ən yaxın təcili yardım şöbəsinə müraciət etmək lazımdır.

Covidin ürək sağlamlığına təsiri haqqında məlumat verən həkim sözlərinə belə davam edib: “Covidin 3-cü həftə kimi ürəyi təsir etmə ehtimalı daha yüksək olduğu deyilir. Bu, xəstənin ürəyinə bir çox cəhətdən təsir edə bilər. Bu birbaşa ürək əzələsinə hücum edir. Ürək əzələsinin iltihabı dediyimiz bir vəziyyətə səbəb ola bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə