Körpələrin cinsiyyətini öyrənməyin daha asan yolu - DİQQƏT!

Körpələrin cinsiyyətini öyrənməyin daha asan yolu - DİQQƏT!

Türkiyəli həkim Müge Temel, körpələrinin kimə bənzədiyi və cinsi ilə maraqlanan valideynlərin 4D ultrasəsə tez-tez müraciət etdiklərini söyləyib. SİA-nın Türkitə mətbuatına istinadən verdiyi məlumata görə, 4D ultrasəs körpənin ana bətnindəki həqiqi və eyni zamanda hərəkətlərinin izlənilə biləcəyi bir texnologiyadır.

4D ultrasəs sayəsində ana körpəni dərhal görə bilər. Eyni zamanda ana bətnindəki körpəni bir-birinin ardınca əlavə edilmiş anlıq şəkillərlə video görüntü kimi izləmək olar. Beləliklə, gələcək ana və atalar körpələrinin gülümsəməsi və əsnəməsi kimi ilk hərəkətlərini izləyə bilərlər. Həkimlər ailənin xaricində 4 ölçülü ultrasəs istəyir. Çünki körpələrin sağlamlığında ola biləcək problemləri qabaqcadan görə və müvafiq müalicələrə başlaya bilər.

Narahatlıqlar azalır və daha rahat hamiləlik olur

Həkim qeyd edib ki, gələcək valideynlər körpələrinin görünüşü ilə maraqlanırlar: “Təbii ki, doğuşdan 3-4 ay əvvəl uşağı görə bilməsi üçün bu üsulu bizdən tələb edirlər. Valideynlər beləliklə körpələri ilə əlaqəni gücləndirirlər. Bundan əlavə, valideynlər körpələrini görəndə narahatlıq azalır və daha rahat bir hamiləlik prosesi yaşanır”.

Körpənin gerçək görüntüsü, körpə doğulmadan əvvəl bilinir

Doğuş qüsurları, körpənin inkişafı və amniotik mayenin normal ultrasəsdə müayinə edilə biləcəyini söyləyən həkim fikirlərini belə ifadə edib: “Bu tapıntıları daha ətraflı araşdırmaq üçün 4D ultrasəs lazımdır. Digər bir əhəmiyyətli faydası isə, əlbəttə ki, sağlamlıq nəzarəti məqsədi ilə görüntüləmədir. 4D ultrasəs ilə körpənin inkişafı, dodaq və damaq yarıqları, qol və ayaq anomaliyaları, plasentada meydana gələn anomaliyalar və ektopik hamiləlik kimi şərtlər erkən aşkar edilə bilər”.

Həkimin sözlərinə görə, 4D ultrasəs ilə körpənin hərəkətlərinin ən yaxşı şəkildə müşahidə oluna biləcəyi müddətin 11-13-cü həftələrlə 18-22-ci həftələr arasında olduğunu və detallı ultrasəsin tamamlayıcı müayinə olaraq edilə bilər: “Bundan əlavə, 4D ultrasəs 22 və 28-ci həftələrdə aparılan ultrasəs müayinəsində istifadə edilə bilər. Ultrasəsin anaya və körpəyə zərərli təsiri yoxdur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə