Körpənin inkişafında aparıcı rol oynayan AMİLLƏR

Türkiyəli dietoloq Mehtap Yakut hamiləlik dövründə sağlam qidalanmanın normal vaxtlardan daha vacib olduğunu bildirib. Uşağın sağlam inkişafı üçün ana qəbul etdiyi qidalara diqqət etməlidir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu müddətdə gündəlik qəbul edilməli olan protein miqdarı körpənin inkişafında aparıcı rol oynayır.

Dietoloqun sözlərinə görə, uşağımızın sağlam inkişafı qəbul etdiyimiz qidalar və atacağımız addımlarla birbaşa əlaqəlidir: “Bu müddətdə gündəlik alınacaq protein körpənizin inkişafında aparıcı rol oynayır. Bunlar dietoloqun nəzarəti və dəstəyi ilə təyin edilə bilər. Körpənin ideal inkişafı lazım olduğu müddətdə reallaşmır. Bunun qarşısını almaq üçün zülala əlavə olaraq yağ, karbohidrat və maye qəbulu da əhəmiyyətli yer tutur. Lakin, bu sizə hərşeyi bol miqdarda yemək haqqı da vermir. Nəticədə, belə qidalanma körpəyə daha çox zərər verə bilər".

Hamiləlik dövründə düşünülən şeylər

Hamiləlik dövründə hər qida qrupunu balanslı şəkildə qəbul edə bilməməyin, uşaq ölümü də daxil olmaqla bir çox istənilməz problemlər yarada bilər: “Bu dövr, körpənin ehtiyac duyduğu qidaları öz toxumalarından təmin etdiyi üçün ananın enerji ehtiyacının artdığı müddətdir. Artan enerji ehtiyacını lazımlı qida qrupları ilə tam təmin etməmək ananın bədən müqavimətini pozaraq, müxtəlif xəstəliklərə və infeksiyalara qarşı həssaslaşdırır. Bu zaman gündəlik 2,5 - 3,5 litr maye istehlak etmək çox vacibdir. Həmçinin, sudan əlavə, ayran və süd istehlakına da ehtiyac var. Lakin, çay və qəhvə içilməməsi daha yaxşıdır. Bitki çayları və detoks şirələrindən də çəkinmək lazımdır. Hamiləlik dövründə Omeqa 3, balıq, mövsümi meyvələrin qəbulu körpənin inkişafı və ana sağlamlığı üçün çox vacibdir. Erkən doğuş riski yoxdursa, mütəmadi olaraq dietoloqunuzun göstərişi ilə idman etmək lazımdır. Bundan əlavə, qan tapıntıları bu dövrdə düzgün qidalanma və pəhriz baxımından həlledici rol oynayır. Xüsusilə, vitamin, folik turşusu dəyərləri və dəmir çox əhəmiyyətlidir. Bunlar mütəxəssisiniz tərəfindən müəyyən edilmiş proqram tərəfindən dəstəklənməlidir. Bundan əlavə, bu müddətdə qan şəkərinin tarazlığını qoruyub saxlamaq, lifli tərəvəz və meyvələri istehlak etmək, şəkərini qəfildən artıra biləcək şirin, yağlı və ədvalı qidalardan imtina etmək, qablaşdırılmış qida istehlakından çəkinmək də gözardı edilməməli lazım olan məqamlardır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə