Bu cür qadınlarda bağırsaq xərçəngi olmur VACİB MƏQAMLAR

ABŞ-da aparılan araşdırma şəkərli içkilərin sağlamlıq risklərini ortaya çıxarıb. Buna görə, gündə 350 ml şəkərli içki istehlak edən qadınların, 50 yaşından əvvəl bağırsaq xərçənginə tutulma riski yüzdə 32-dir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ mütəxəssisləri köpüklü və şəkərli içkilərin sağlamlığa uzunmüddətli təsirlərini araşdırdılar. Araşdırmaya görə, gündə bir qutu şəkərli içki istehlak edən qadınlarda, 50 yaşından əvvəl bağırsaq xərçəngi riski artır.

Mütəxəssislər, 1991-2015-ci illər arasında 95 min qadının pəhriz proqramını və sağlamlıq qeydlərini araşdırdılar. Tədqiqat, gündə 350 ml şəkərli içki istehlak edən qadınların, şəkərli içkilərin yarısını istehlak edənlərin riskinin iki qatında olduğunu aşkar edib.

Şəkərli içkilərin istehlakı sağlamlıq üçün çox zərərlidir. Sözügedən içkilər piylənmə, diabet, xərçəng kimi sağlamlıq problemlərinin ortaya çıxmasında aparıcı rol oynayır. Bununla yanaşı, mütəxəssislər şəkərli içkilərin bağırsaq xərçəngi üçün yeganə amil hesab edilə bilməyəcəyini, qaynadılmış ət istehlakının, siqaret çəkməyin, alkoqol istifadəsinin və artıq çəkinin də əsas faktor olduğunu bildiriblər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə