Kişilərin qadınlardan çox xəstələnməsinin 10 səbəbi Həkimdən açıqlama

Dünyanın bir çox yerində kişilər qadınlardan daha çox xəstələnirlər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, kişilərin ömrü qadınlardan qısadır. Türkiyəli həkim Osman Müftüoğlu bu vəziyyətə səbəb olan 10 vacib kişi səhvini izah edib:

1. Daha çox alkoqol və siqaret istifadə edirlər.

2. İstehsalat qəzaları ilə qarşılaşma riski və ehtiyatsızlıq.

3. Avtomobillə qadınlardan çox qəza törədirlər.

4. Cinsi yolla keçən xəstəliklərə daha çox məruz qalırlar.

5. Yuxu problemi kişilərdə daha çox olur.

6. İnsülinə müqavimət də kişilərdə qadınlardan daha çox görülür.

7. Fəaliyyət çatışmazlığı problemi də kişilər üçün çox vacib bir problemdir.

8. Kişilərin mənəviyyatı və inancı da qadınlardan zəifdir.

9. İstirahətə qadınlardan daha az vaxt sərf edirlər və yaxşı dincəlməyi də bilmirlər.

10. Arteriyoskleroza daha çox meylli olan genetik və metabolik bir quruluşa sahibdirlər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə